Böyük Britaniyada yeni baş nazir seçiləcək

Böyük Britaniyada yeni baş nazir seçiləcək
DÜNYA
16:54 21.10.2022
228
Böyük Britaniya yeni baş nazirin necə seçiləcəyinə qərar verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Liz Truss Britaniyanın baş naziri vəzifəsindən istefa verdiyini elan etdikdən sonra Mühafizəkarlar Partiyasının rəhbərliyi yeni hökumət başçısını necə seçəcəklərinə qərar verib.

Bu barədə The Telegraph məlumat paylaşıb.

Məlum olub ki, qərara əsasən, baş nazir olmaq üçün namizədlər ən azı yüz partiya deputatının dəstəyini almalıdırlar. Beləliklə, yalnız bir nəfər lazımi sayda səs toplasa, o zaman yeni baş nazir olacaq.

Baş nazir postuna maksimum üç namizəd ola bilər. Bundan sonra sıravi partiya üzvləri üçün onlayn səsvermədə iştirak edəcək iki namizəd seçiləcək. Daha sonra Böyük Britaniyanın yeni baş nazirinin kim olacağı müəyyənləşəcək.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR