Böyük Britaniyadan Makronun atəşkəs təklifinə CAVAB

Böyük Britaniyadan Makronun atəşkəs təklifinə CAVAB
DÜNYA
14:26 03.03.2025
259
Böyük Britaniya Makronun atəşkəs təklifinə cavab verib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniya Fransa prezidenti Emmanuel Makronun Ukraynada qismən atəşkəs təklifi ilə bağlı bəyanatına cavab verib.
 
Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Luke Pollard Britaniya və Fransa arasında atəşkəslə bağlı hələlik razılığın olmadığını deyib.
 
Hazırda bunun razılaşdırılmış plan olmadığını deyən britaniyalı nazir bir sıra müxtəlif variantların olduğunu, onların özəl olaraq müzakirə edildiyini, lakin hələlik qərarın verilmədiyini bildirib. Pollard qeyd edib ki, bununla bağlı ən vacib şey ən qısa zamanda davamlı sülh gətirəcək bir plan yaratmaqdır.

Qeyd edək ki, Fransa prezidenti Makron Fransa və İngiltərənin Rusiya və Ukrayna arasında hava və dəniz hücumları və enerji infrastrukturuna hücumları əhatə edən bir aylıq qismən atəşkəs təklif etdiyini açıqlayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR