Böyük Britaniyadan olan cütlük “Ən yaxşı selfie” mükafatını aldı

DÜNYA
18:53 05.09.2014
1354

300 rəqibin şəkli arasından...

Britaniyalı cütlük Endryu və Salli Rouz Robinson “Ən yaxşı selfie” mükafatına layiq görülüblər.

Cütlük Lankaşirdə kilsədə nikah mərasimindən bir neçə saniyə sonra avtoportret çəkiblər.

Şəkildə yeni kəbin kəsdirən cütlük qonaqların fonunda nişan üzüklərini nümayiş etdirirlər. Qeyd edilib ki, selfie yerli vikarinin icazəsi ilə çəkilib.

Robinsonun sözlərinə görə, şəkli çox bəyəndiyi üçün Facebook-da paylaşıb. “Qalib gəldiyimizi biləndə çox təəccübləndim”, - deyə britaniyalı etiraf edib.

Onun həyat yoldaşı isə öz növbəsində bildirib ki, sosial şəbəkələr aludəçisi deyil və ərinin şəkli müsabiqəyə yolladığını bilmirdi. Cütlüyün şəkli 300 rəqibin şəkli arasından qalib seçilib.

///Oxu.az

OXŞAR XƏBƏRLƏR