Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI

Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
DÜNYA
13:20 15.08.2025
252
Böyük Britaniyanın baş naziri Keir Starmer İsrailin Qəzzaya humanitar yardımla bağlı məhdudiyyətləri aradan qaldırılmalı olduğunu bəyan edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə görüşündə Starmer bölgədəki humanitar böhranın həlli üçün səylərin davam etdiyini bildirib.
 
Məlumata görə, görüşdə İsrailin hücumu altında olan Qəzzada humanitar böhran müzakirə edilib və Starmer Böyük Britaniyanın bölgədəki vəziyyəti yaxşılaşdırmaq üçün davam edən səylərini açıqlayıb.

Bəyanatda həmçinin iki liderin iki dövlətli həllin Fələstinlilər və İsraillilər üçün sülh və təhlükəsizliyə aparan yeganə yol olduğu mövzusunda razılaşdıqları və bu məqsədə çatmaq üçün yaxın əməkdaşlığı davam etdirməyə qərar verdiyi bildirilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR