Böyük Britaniyanın keçmiş baş naziri Tayvana səfər edəcək

Böyük Britaniyanın keçmiş baş naziri Tayvana səfər edəcək
DÜNYA
18:33 09.05.2023
169
Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass gələn həftə Tayvana səfər edərək ada rəhbərliyinin nümayəndələri ilə görüşmək niyyətindədir.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə baş nazir olaraq cəmi 1,5 ay çalışmış L.Trass özü məlumat yayıb.

"Tayvan azadlıq və demokratiyanın çırağıdır. Pekin rejiminin getdikcə aqressiv hərəkətləri və ritorikası fonunda şəxsən Tayvan xalqı ilə həmrəylik nümayiş etdirməyi səbirsizliklə gözləyirəm”, - o deyib.

Hazırda Britaniya Parlamentinin İcmalar Palatasının sıravi üzvü olan L.Trass "Prospect Foundation” (Yuanjing Jijinhui) analitika mərkəzində çıxış etmək niyyətindədir. Aprel ayında o, separatizmi təbliğ etdiyinə və "vahid Çin” prinsipini pozduğuna görə rəsmi Pekin tərəfindən sanksiya siyahısına daxil edilib. Çünki bu ilin əvvəlində L.Trass Vaşinqton və Tokioda çıxış edərək, Qərb dövlətlərini və onların müttəfiqlərini Çinə qarşı daha sərt mövqe tutmağa çağırıb.

"The Guardian” yazır ki, xarici siyasət gündəminə diqqət yetirən və ifrat solçu fikirləri tənqid edən L.Trass siyasi karyerasını canlandırmağa çalışır. Keçən il sentyabrın 6-da baş nazir olduqdan sonra onun Pekinə qarşı sərt mövqe tutacağı və Londonun indi rəsmi olaraq yalnız Rusiyanı xarakterizə etdiyi kimi, Çini də Böyük Britaniyanın təhlükəsizliyinə təhdid elan edəcəyi gözlənilirdi. Lakin artıq oktyabrın 25-də L.Trass təqdim etdiyi iqtisadi planın bazarlarda çaxnaşma yaratmasından sonra həmkarlarının təzyiqi ilə vəzifəsini tərk etdi.

Martın ortalarında Britaniya Nazirlər Kabineti Birləşmiş Krallığın Hərtərəfli Təhlükəsizlik, Müdafiə və Xarici Siyasət İcmalının yenilənmiş versiyasını yayımlayıb. Orada qeyd edilib ki, Çin Böyük Britaniyanın həm təhlükəsizlik, həm də dəyərlər baxımından görmək istədiyi beynəlxalq nizam forması üçün müəyyən edən problem yaradır. Amma sənəddə Çin "təhdid” adlandırılmır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər