“Böyük çöl” Birinci Beynəlxalq Sosial Elmlər Forum”u keçirilib - Foto

SOSİAL
23:28 26.05.2016
1744
2016-cı il may ayının 23-24-də Qazaxıstanın paytaxtı Astana şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə türkdilli ölkələrin müstəqilliyinin bərpa olunmasının 25 illiyinə və Türk Yazısı Gününə həsr olunmuş “Böyük Çöl” adlı I Humanitar Forumu keçirilib. Forumda dünyanın 20-dən artıq ölkəsindən dəvət olunmuş türkoloqlar, iqtisadçılar, dilçi-alimlər, arxeoloq və etnoqraflar, diplomatlar, ictimai xadimlər iştirak ediblər. 
Azərbaycan bu mötəbər tədbirdə Milli Məclisin deputatları - AMEA-nın vitse-prezidenti, professor İsa Həbibbəyli, fəlsəfə doktoru Cavanşir Feyziyev və Sevinc Hüseynova, Azərbaycan İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, AMEA-nın müxbir üzvü Möhsün Nağısoy, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Tahir Şahbazov və Azərbaycan Respublikasının Qazaxıstandakı səfiri Rəşad Məmmədovla təmsil olunub.
Bu barədə AZXEBER.COM-a nümayəndə heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazov məlumat verib. Onun sözlərinə görə, Forumda “Avrasiya məkanında əməkdaşlıq və inteqrasiya: müasir yanaşmanın yolları”, “Yeni dövrdə türkologiya, metodoloji yanaşmalar, müasir texnologiyalar və elmlərarası aspektlər”, “Müasir etnomədəni inteqrasiya kontekstində türk mirası”, “Böyük çöl sivilizasiyası və insanlığın formalaşması” və başqa mövzular ətrafında müzakirələr keçirildi.
Forumun I panelində Azərbaycan nümayəndə heyəti üzvlərindən Cavanşir Feyziyev və Ədalət Muradov məruzə ilə çıxış etdilər. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəylinin moderatorluq etdiyi III paneldə isə 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji qurultayının türk xalqlarının tarixində oynadığı əvəzsis roldan, həmçinin müasir dövrdə türk xalqlarının inteqrasiyasının müxtəlif problemlərindən də danışıldı. Bu məsələlərlə bağlı Azərbaycandan AMEA-nın müxbir üzvü, AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoy məruzə ilə çıxış etdi.
Tahir Şahbazov onu da bildirdi ki, Forumun gedişində Azərbaycan Respublikasının Qazaxstan Respublikasındakı fövqəladə və Səlahiyyətli səfiri Rəşad Məmmədov görkəmli qazax yazıçısı, Azərbaycanın böyük dostu Oljas Süleymenovun 80 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ona ünvanladığı təbrik məktubunu oxudu və sonra Forum iştirakçılarının alqışları altında Fəxri diplomu yazıçıya təqdim etdi. Mayın 24-də isə Lev Qumilyov adına Milli Avrasiya Universitetində fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyevin Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə tərcümə edilmiş “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabının təqdimatı keçirildi. Mayın 24-də həmçinin Forum iştirakçılarının Qazaxstan Respublikasının Milli və Hərbi-Tarix Muzeylərinə, o cümlədən Beynəlxalq Türk Akademiyasının qərargahına ekskursiyası da təşkil olundu. Forum BTA ilə Beynəlxalq İqtisadi Əməkdaşlıq Təşkilatı arasında birgə memorandiumun imzalanması ilə öz işini yekunlaşdırdı.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Bağıraraq danışan adamlar yalançı olur" - Cavidandan Əli Nura cavab

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı