Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb
İDMAN
19:23 07.02.2026
907
Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turniri davam edir.

AZXEBER.COM xəbər verir ki, bu gün Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb.

60 kq çəki dərəcəsində Balabəy Ağayev həlledici görüşə yüksəlib. 27 yaşlı idmançı yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizə qalib gəlib.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.
OXŞAR XƏBƏRLƏR