"Böyük Dəbilqə": Azərbaycanın daha bir cüdoçusu gümüş medal qazanıb

İDMAN
19:13 31.03.2024
179

Azərbaycanın daha bir cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə"də gümüş medal qazanıb.

90 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov finalda yaponiyalı Sanşiro Muraoya uduzub.

Beləliklə, yığma yarışı iki gümüş medalla başa vurub. Daha əvvəl Rəşid Məmmədəliyev (73 kq) eyni mükafata sahib çıxıb.

OXŞAR XƏBƏRLƏR