"Ağlı başında olan hər kəs bilir ki, bugünkü dünyada, "böyük güclərlə" əməkdaşlıqlar, yollar, tranzitlər, təkliflər, vədlər, qarantiyalar yaratmadan mövcud ola bilməzsən. Hələ-hələ Qafqaz kimi aktiv bölgədə...”
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Murad Arif sosial şəbəkədə yazıb.
O , Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ lideri Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtondakı görüşü və sülh
sülh sazişi haqqında təəssüratlarını bölüşüb:
"Ümumiləşdirmək istəməzdim, amma bu hadisəyə kölgə salanlar ya dünyadan bixəbərdir, ya da "qonşu barmağını" üstün tutanlar. Ağlı başında olan hər kəs bilir ki, bugünkü dünyada, "böyük güclərlə" əməkdaşlıqlar, yollar, tranzitlər, təkliflər, vədlər, qarantiyalar yaratmadan mövcud ola bilməzsən. Hələ-hələ Qafqaz kimi aktiv bölgədə. Odur ki, "inanmıram", "gözüm su içmir", "ABŞ-a satıldıq" deyənlərlə söhbəti qısa edin. Adam ya anlamır, ya da ki yanır. Öncə ərazi bütövlüyümüzü, ardınca da sülhü qazanan Cənab Prezidentimizə isə, fəxarətlə təşəkkür edirik!
Şəhidlərimizə rəhmət. Yaşasın və əbədi olsun SÜLH!”