"Böyük səhnələrə çıxmaq üçün dəyişməyə qərar verdim" - Türkan

"Böyük səhnələrə çıxmaq üçün dəyişməyə qərar verdim" - Türkan
MAQAZİN
10:59 01.10.2025
136
"Heydər Əliyev Sarayında konsert vermək üçün repertuarımı dəyişmişəm".
 
AZXEBER.COM xəbər verir ki, bunu müğənni Türkan Vəlizadə "Tarixin bir günü" verilişində deyib.
 
O, bildirib ki, artıq yeni repertuar üzərində çalışır: 
 
"Mən oxuduğum əvvəlki repertuardan peşman deyiləm, keçmişi danmaq olmaz. Amma artıq orada özümü təsdiqləmişəm. İndi istəyirəm ki, daha irəliyə gedim, bətəkar mahnıları ifa edim. Çünki bizim kökümüz budur. Heydər Əliyev Sarayında və onun kimi başqa önəmli səhnələrdə konsert vermək üçün müəyyən repertuar tələb olunur. O zaman icazə verirlər. Buna görə bu qərara gəldim ki, repertuarı dəyişim. Çünki mənim buna da imkanım çatır. Məni dinləyicilərim o mahnılarla sevib deyə, indi də onları oxuyuram. Amma fikirləşirəm ki, artıq dəyişmək zamanıdır və indi düz yoldayam. Repertuarımızı dəyişmişik və genişləndirmişik".
 
Aysel
OXŞAR XƏBƏRLƏR