"Böyük siyasətin uğurları"

"Böyük siyasətin uğurları"
SİYASƏT
12:20 09.04.2022
488
Məlum olduğu kimi 44 günlük Zəfər müharibəmizin dünya mediasında tirajlanması və bizim qələbəmizin ayrı-ayrı dövlətlərin hərbi mütəxəssisləri tərəfindən araşdırılması düşmənlərimizin havadarlarının ürəyincə olmadı.Bu  mənada  ermənilərin tez-tez təxribatlara əl atması, yenidən nəyəsə nail olma cəhdləri bizim  dediklərimizi birbaşa  sübut edir. Təəssüflər olsun ki, ermənilərə bu məsələdə dəstək olanlar, onları yenidən döyüşə həvəsləndirən xarici qüvvələr də kifayət qədərdir. Bu qüvvələr ermənilərin revanş edəcəklərini məhz hərbi yolla yenidən Azərbaycan torpaqlarını işğal edə biləcəklərini onlara müxtəlif vasitələrlə "həzm” etdirirlər. Məsələnin kriminal tərəflərindən biri də budur ki, erməniləri həvəsləndirməkdə Qarabağın  azad olunmuş ərazilərində yerləşdirilmiş "sülhməramlıların” da rolu heç kimə sirr deyil. Baxmayaraq ki, Rusiya üçtərəfli bəyanatda öz üzərinə böyük bir öhdəlik götürübdü. Və yalnız ölkə prezidentini , eləcə də əlaqədər  qurumların ciddi  reaksiyasından sonra  bu istiqamətdə  müəyyən addımlar  atılır.

Bütün bunlara baxmayaraq, Azərbaycan prezidentinin qətiyyəti və ardıcıl, dinamik, uğurlu, xarici siyasəti təkcə erməniləri deyil, həm də azərbaycanın digər əleyhdarlarının çıxılmaz duruma salmaqla onları reallıqla barışmağa məcbur edir. Bu mənada Brüsseldə keçirilən görüş xüsusi bir əhəmiyyət kəsb edir.

Artıq  hər  kəsə  ovuc ici kimi  bəllidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyada sülhün, əminamanlığın qorunması, çətin vəziyyətdə olan dövlətlərə və xalqlara kömək əlinin uzadılması, demokratiyaya dəstək verilməsi, insanların xoşbəxtliyi sayəsində gördüyü işlər, həyata keçirdiyi tədbirlər həm dövlətimizin rəhbərinə, həm ölkəmizə, xalqımıza böyük hörmət qazandırmışdır. Təbii ki, bu da Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, diplomatik uğurları ölkəmizin haqq - ədalət uğrunda aparılan mübarizəsinə, inkişafımıza, demokratik bir dövlət kimi tanınmağımıza böyük təkan verir. Brüssel görüşündə əldə edilən nəticələr bu baxımdan xarakterikdir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasətinin qələbəsi kimi qiymətləndirilməlidir.

Azərbaycan Prezidentinin, Ermənistanın baş nazirinin, Avropa İttifaqı Şurasının Prezidentinin üçtərəfli görüşündə müzakirə olunan məsələlərin bilavasitə ölkəmizin və xalqımızın milli maraqlarına cavab verməsi və xeyrimizə həll olunması indiki dövrdə - hadisələrə ikili standartlardan yanaşıldığı, əksər hallarda haqqın - ədalətin dəstəklənmədiyi, kölgədə qaldığı bir vaxtda diplomatiyamızın yeni uğuru və Prezidentimizin əməli fəaliyyətinin nəticəsidir.
Elə  həmin görüşdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat üçün bəyanatında səsləndirdiyi fikirlər və qəbul olunmuş sənəddə əks olunan müddəalar bir daha Azərbaycanın irəli sürdüyü beş baza prinsipini özündə əks etdirir və dövlətimizin milli maraqlarına tamamilə uyğundur. Bu Ermənistan - Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlanılmasıdır ki, bununla bağlı hər iki ölkənin xarici işlər nazirlərinə təminat verilir. Azərbaycanın ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya və demarkasiyası, sərhədlərdəki mövcud vəziyyətin qorunması və toxunulmazlığıdır.
Ən diqqət  çəkən məqamlardan biri də artıq  masada olan Sənəddə ATƏT- in Minsk Qrupunun qeyd edilməməsi, Dağlıq Qarabağ ifadəsinin işlədilməməsi, Minsk Qrupunun həmsədr instituna istinad edilməməsidir.Bunun əvəzində isə Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan mexanizm və formatın yaradılmasına üstünlük verilməsi, avtomobil nəqliyyatı kommunikasiyalarının açılmasının zəruriliyinin gündəmə gətirilməsi bir daha deməyə əsas verir ki, Azərbaycan irəli sürdüyü məsələlərin həllinə nail olur və istədiklərini əldə etməkdədir. 

Bütün bunların yekunu olaraq  qeydv etməliyəm ki, bu  görüş həm də,  Azərbaycanın diplomatik sahədə daha bir  uğura  yol açdığını sübut etməkə Binəqədi rayon sakinlərini də  ürəkdən sevindirir.
Aslan Mehdiyev,Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri    

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı - SƏRƏNCAM
14:41 19.05.2025
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı - SƏRƏNCAM
Sərxandan xəbərdarlıq: "Mənim gördüyüm işlərdən artıq heç nə etməmisiz"
14:38 19.05.2025
Sərxandan xəbərdarlıq: "Mənim gördüyüm işlərdən artıq heç nə etməmisiz"
"Bunu vaxtilə ATV-nin çörəyini yeyənlər edir" - Zaur iddialara cavab verdi
14:23 19.05.2025
"Bunu vaxtilə ATV-nin çörəyini yeyənlər edir" - Zaur iddialara cavab verdi
Peskov: Zərurət olduğu halda Uitkoffun Rusiyaya növbəti səfəri razılaşdırılacaq
14:17 19.05.2025
Peskov: Zərurət olduğu halda Uitkoffun Rusiyaya növbəti səfəri razılaşdırılacaq
O, 7650 manat maaş alır, bəs, digər icra başçıları? - SİYAHI
14:15 19.05.2025
O, 7650 manat maaş alır, bəs, digər icra başçıları? - SİYAHI
"Qəzzada qalan hər şeyi məhv edirik, dünya bizi dayandıra bilmir"
14:05 19.05.2025
"Qəzzada qalan hər şeyi məhv edirik, dünya bizi dayandıra bilmir"
Türk ölkələrinin ürək-damar cərrahları Bakıda toplandı - FOTOLAR
14:03 19.05.2025
Türk ölkələrinin ürək-damar cərrahları Bakıda toplandı - FOTOLAR
"Azərbaycan və Ermənistan arasında danışıqlar dövlət başçıları formatında keçirilə bilər"
13:35 19.05.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar dövlət başçıları formatında keçirilə bilər"
Keçmiş başçının direktor qızı işdən çıxarıldı
13:31 19.05.2025
Keçmiş başçının direktor qızı işdən çıxarıldı
Putin və Tramp bu axşam telefon danışığı aparacaqlar
13:29 19.05.2025
Putin və Tramp bu axşam telefon danışığı aparacaqlar
Sergey Lavrov Ermənistana səfər edəcək
13:26 19.05.2025
Sergey Lavrov Ermənistana səfər edəcək
Pakistanda fırtına: 3 nəfər öldü
13:24 19.05.2025
Pakistanda fırtına: 3 nəfər öldü
Bakıda böyük söküntü başlayır - Park salınacaq
13:13 19.05.2025
Bakıda böyük söküntü başlayır - Park salınacaq
Azərbaycan-İran birgə təliminin açılış mərasimi keçirilib - VİDEO
13:08 19.05.2025
Azərbaycan-İran birgə təliminin açılış mərasimi keçirilib - VİDEO
Qatarlarımızın sürəti tənqid edildi: “Özbəkistandan da geridəyik, bizimkilər “Jiquli” sürətindədir"
13:06 19.05.2025
Qatarlarımızın sürəti tənqid edildi: “Özbəkistandan da geridəyik, bizimkilər “Jiquli” sürətindədir"
"Intervideni-2025" müsabiqəsində Rusiyanı o təmsil edəcək
13:05 19.05.2025
"Intervideni-2025" müsabiqəsində Rusiyanı o təmsil edəcək