Bu gün səhər saatlarından başlayaraq Sumqayıt-Bakı yolunda böyük tıxac yaranıb.
AZXEBER.COM xəbər verir ki, tıxacın yaranmasına Avtovağzal-Xırdalan dairəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi işləri ilə əlaqədar olaraq həmin istiqamət üzrə hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması səbəb olub.
Hal-hazırda Sumqayıt-Bakı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Həmin yolda nəqliyyatın çox aşağı sürətlə hərəkət etdiyi bildirilir.
Məlumata görə, Sumqayıt-Bakı istiqamətində tıxac Bakının əsas küçə və prospektlərində, xüsusi ilə Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlığa səbəb olub.