"Hədəf 2028-ci ildəki Avropa çempionatına vəsiqə qazanmaqdır" - Santuş

İDMAN
12:27 13.06.2024
123
"Bu layihə bu günün və ya sabahın deyil, uzunmüddətlidir. Böyük uğura nail olacağımıza və tarix yazacağımıza inanıram".

AZXEBER.COM xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis böyük turnirlərin final mərhələlərinə qatılmaq üçün çalışacaqlarını vurğulayıb: "Mənim daha yaxşı təkliflərim var idi. Amma layihəyə inandığım üçün buradayam".
 
Portuqaliyalı məşqçi hədəflərindən də danışıb: "Gürcüstan kimi komandaların belə turnirlərdə iştirakı bizə motivasiya olacaq. Hədəf 2028-ci ildəki Avropa çempionatına vəsiqə qazanmaqdır. Uğur ani olaraq göydən düşmür. Xalqın inamı da önəmlidir. Ümid edirəm ki, bizdə alınacaq. Bu layihəni həyata keçirmək üçün Azərbaycanda yaşayacağıq. Oyunları yola verib öz ölkəmizə qayıtmayacağıq. Ailəmizlə birlikdə ölkənizdə olacağıq".

Qeyd edək ki, Fernandu Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.

OXŞAR XƏBƏRLƏR