"Böyük vəsait ayrılıb, amma bir film belə sifariş edilməyib"

"Böyük vəsait ayrılıb, amma bir film belə sifariş edilməyib"
SOSİAL
17:33 25.10.2025
79
Qurban Pirimov "Azərbaycanfilm”ə direktor təyin edildikdən sonra kino sahəsindəki problemlər yenidən gündəmə gəlib. Belə ki, müzakirəyə səbəb film sahəsindəki problemlərlə yanaşı, son illər Kinostudiyanın rəhbər heyətində baş verən dəyişikliklərdir. 


AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı "Yeni Müsavat”a danışan Xalq artisti Rasim Balayev yeni təyinatdan heç bir gözləntisinin olmadığını deyib.

"Bu təyinatların yerini dəyişməklə heç nə dəyişməyəcək. Vəlinin yerinə Əlini qoysunlar, yenə də nəticə eyni olacaq. Əgər təyin olunan direktorun əlində real səlahiyyət, yetərli güc yoxdursa, o nə edə bilər ki? Kinomuzu dirçəltmək istəyiriksə, bu işə kompleks şəkildə yanaşmaq lazımdır. Ora kifayət qədər maliyyə ayrılmalıdır.

Mədəniyyət Nazirliyinə böyük məbləğdə vəsait verilib, amma hələ də Kinostudiyaya bir film belə sifariş edilməyib. Neçə ildir ki, Kinostudiyanın rəhbərliyini tez-tez dəyişirlər, amma nəticə yoxdur, heç bir real dəyişiklik müşahidə olunmur. Ora kim təyin olunsa da, fərq etmir. Elə bir idarəetmə strukturu yaradılmalıdır ki, ora rəhbərlik edən şəxs həmin qurumu işlədə, inkişaf etdirə bilsin. Təəssüf ki, hazırda belə bir struktur mövcud deyil”.
Xatırladaq ki, təkcə ötən il Kinostudiyanın direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov öz ərizələri ilə işdən çıxmışdılar. "Azərbaycanfilm”in əvvəlki direktoru, rejissor Cəmil Quliyev 2019-cu ilin sonlarında vəzifəyə təyin olunsa da, bir il tamam olmamış istefa vermişdi. Sonra kinostudiyaya Fariz Əhmədov direktor gətirildi, lakin o da çox qısa müddətdən sonra rəhbərlikdən ayrıldı.
Qeyd edək ki, yeni rəhbər Qurban Pirimov bundan əvvəl Azərbaycan Kino Agentliyində direktor müavini vəzifəsini icra edib. O, Azərbaycanın tanınmış tarzəni Qurban Primovun nəvəsidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
21:54 04.03.2026
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Bütün İraq ərazisində elektrik verilişi dayandırıldı
21:45 04.03.2026
Bütün İraq ərazisində elektrik verilişi dayandırıldı
Pezeşkianın qonşu ölkələrin rəhbərlərinə müraciəti
21:43 04.03.2026
Pezeşkianın qonşu ölkələrin rəhbərlərinə müraciəti
Şəhid atası dünyasını dəyişdi
21:27 04.03.2026
Şəhid atası dünyasını dəyişdi