Böyüklərin Dünya çempionatında iştirak edəcək güləşçilər kimlərdi? - HEYƏT

İDMAN
15:19 10.09.2013
1265

16-22 sentyabr 2013-cü il tarixdəMacarıstanın paytaxtı Budapeşt şəhərindəböyüklər arasında güləş üzrəDünya çempionatı keçiriləcək. Dünya çempionatında iştirak edəcək sərbəst, yunan-Roma vəqadın güləşi üzrəyığma komandaların heyəti AGF-nin baş katibi, Olimpiya dərəcəli hakimƏjdər Cəfərovun bu gün keçirdiyi mətbuat konfransında açıqlanıb. Azərbaycan Güləş Federasiyasından(AGF) AZXEBER.COM-a verilən məlumata görə, sərbəst güləşçilərin heyətindəYaşarƏliyev (55 kq), HacıƏliyev (60 kq), Ağahüseyn Mustafayev (66 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (84 kq), Xetaq Qazyumov (96 kq) vəCəmaləddin Məhəmmədov (120 kq) yer alıb. Yığma komanda çempionatda baş məşqçi Maqomed Aliomarov, böyük məşqçi Firdovsi Umudov, məşqçilər Semyon Çterev vəDavid Kurtsiyanın rəhbərliyi altında iştirak edəcək. Baş məşqçi Yaqub Məmmədov vəböyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında qadın güləşi yığmamızı Anjela Doroqan (48 kq), Yuliya Ratkeviç (59 kq), İrina Netreba (63 kq) vəGözəl Zutova (67 kq) təmsil edəcək. Yunan-Roma güləşçiləri baş məşqçi Cəmşid Xeyrabadi vəməşqçi Şahram Elyasinin rəhbərliyi altında çempionatda iştirak edəcək. HeyətdəOrxanƏhmədov (55 kq), Kamran Məmmədov (60 kq), HəsənƏliyev (66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq) vəZaur Mehrəliyev (120 kq) yer alıb. Görüşlərin idarəedilməsindəölkəmizi Olimpiya dərəcəli hakimlərƏjdər Cəfərov vəHicran Şərifov təmsil edəcək.

OXŞAR XƏBƏRLƏR