"Üç gündür yoldaşımla küsülüyük" – Xatirə

"Üç gündür yoldaşımla küsülüyük" – Xatirə
ŞOU-BİZNES
18:22 15.01.2015
2909
Müğənni Xatirə İslam ailəsindən bəhs edib.
Axşam.az-ın məlumatına görə, sənətçi harasa gedəndə həyat yoldaşından icazə almadığını deyib:
“Fəxrəddin soruşanda deyirəm ki, bu gün toydayam. O da gecikəndə deyir, Xatirə, bu gün gec gələcəm. Bir-birimizdən icazə almasaq da, getdiyimiz yerdən xəbərimiz olur. Bir şeyi etiraf edim: üç gündür yoldaşımla küsülüyük, danışmırıq. Uşağı götürüb ondan xəbərsiz getmişdik anamgilə. İki gündən sonra zəng etdim, amma gəlib bizi evə aparmadı ki, necə getmisən, elə də gəl. İndi xanımlar gəzmək, küçədə dolaşmaq istəyir. Evdar qadının evdə oturmasına normal baxıram. Otursun, uşağına baxsın, onun çöldə nə işi var? Mən müğənniyəm. 15 ildir çöllərdəyəm, kişi kimi qadınam. Amma yenə də yoldaşımı hər şeydən xəbərdar edirəm”.
OXŞAR XƏBƏRLƏR