Fransa, Böyük Britaniya və ABŞ hərbçiləri Oman ərazi sularında, Hörmüz boğazında gizli mina təmizləmə əməliyyatı keçirib.
Bu barədə "Intelligence Online” məlumat yayıb.
Məlumata görə, əməliyyat 2026-cı ilin avqust ayının əvvəlində, ABŞ və İran arasında 60 günlük atəşkəsin başa çatmasına az müddət qalmış həyata keçirilib. Sözügedən atəşkəs avqustun 17-də başa çatıb.
Bildirilir ki, Oman Qərb müttəfiqlərinə müraciət edərək ölkənin ərazi sularında yerləşdirilmiş sualtı minaların təmizlənməsinə kömək istəyib. "Intelligence Online”ın məlumatına əsasən, söhbət İran tərəfindən yerləşdirildiyi bildirilən minalardan gedir.
Əməliyyatın məhz atəşkəsin başa çatmasından əvvəl keçirilməsi diqqət çəkir. Məlumata görə, Fransa, Böyük Britaniya və ABŞ-ın iştirakı ilə həyata keçirilən mina təmizləmə missiyası Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin olunması məqsədi daşıyıb.
///modern.az///











































