Üç ölkənin səfirləri Rusiya XİN-ə çağırıldı

Üç ölkənin səfirləri Rusiya XİN-ə çağırıldı
DÜNYA
17:40 18.04.2023
236
ABŞ, Böyük Britaniya və Kanada səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidmətindən bildirilib.
 
Məlumata əsasən diplomatik statusa uyğun gəlməyən fəaliyyətlə məşğul olmaları səbəbindən ABŞ, Böyük Britaniya və Kanada səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb:

"Rusiya Federasiyasının daxili məsələlərinə kobud şəkildə müdaxilə etmələri və diplomatik statusa uyğun gəlməyən fəaliyyətlə məşğul olmaları səbəbindən ABŞ, Böyük Britaniya və Kanada səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb”.
 
Gülay
OXŞAR XƏBƏRLƏR