Sumqayıtda istismar müddətini başa vurmuş yataqxanalar sökülür.
Bu işlər şəhərin 3 müxtəlif ərazisində həyata keçirilir.
AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, yataqxanalarla bağlı aidiyyəti qurumlar tərəfindən yoxlamalar aparılıb və binaların istismar müddətini tam başa vurduğu bildirilib. Ona görə də təhlükəsizlik tədbirləri görülməklə yataqxanaların sökülməsi işlərinə başlanılıb.
Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin baş mühəndisi Rövşən Fərəcov bildirib ki, söküntü işlərinə noyabr ayından qərar verilib. Söküntü olan yataqxanalarda olan ailələrə kompensasiya verilərək köçürülüb.
O da bildirilib ki, söküntü işləri başa çatdıqdan sonra ərazilər abadlaşdırılacaq, müxtəlif növ ağaclar əkiləcək.










































