Üç nazirlik əhaliyə müraciət etdi

Üç nazirlik əhaliyə müraciət etdi
SOSİAL
09:35 15.07.2024
421
Yay fəslində, o cümlədən turizm və taxıl biçini mövsümündə havaların xüsusilə isti və quru olduğu günlərdə yanğınların başvermə ehtimalı da artır.
 
Bu barədə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əhaliyə birgə müraciətində bildirilir.
 
"Aidiyyəti qurumların apardığı genişmiqyaslı maarifləndirmə işlərinə baxmayaraq, təəssüf ki, meşə və kənd təsərrüfatı sahələrindəki yanğınların təhlili onların əsas səbəbinin insanların yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi, o cümlədən biçindən sonra bəzi fermerlərin sahələri yandırması, təbiət qoynunda istirahət edən insanların odla ehtiyatsız davranışı olduğunu göstərir. Nəzərə almaq lazımdır ki, ən kiçik ehtiyatsızlıq belə əhalinin ərzaq təminatı, ölkənin torpaq fondu, meşə sahələri, flora və fauna üçün ağır fəsadlarla nəticələnə bilər.
 
Odur ki, əhaliyə, o cümlədən fermerlərə, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sahibkarlara və təbiət qoynunda istirahət edən vətəndaşlara müraciət edərək, onları isti keçən və insanların təbiətdəki aktivliyinin artdığı bu mövsümdə yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət etməyə çağırırıq. Ölkəmizə, həmçinin insanların həyatına və sağlamlığına zərər vurmamaq üçün taxıl zəmilərində və meşələrdə açıq alovdan istifadə etməyin, bu ərazilərdə tonqal qalamayın, tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın. Küləkli havada xüsusilə diqqətli olun. Kiçik yanğın ocağı görərsinizsə, su, torpaq və ya qum ilə onu söndürməyə çalışın. Yanğın, yaxud onun əlamətlərini aşkarlasanız bu barədə dərhal Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə məlumat verin", - deyə müraciətdə qeyd olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
19:58 18.08.2025
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
19:55 18.08.2025
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
"Beşiktaş" futbolçusunu icarəyə verib
19:46 18.08.2025
"Beşiktaş" futbolçusunu icarəyə verib
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
19:34 18.08.2025
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
19:26 18.08.2025
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
19:13 18.08.2025
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
19:02 18.08.2025
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
19:00 18.08.2025
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
İngiltərə klubu yeni hücumçu transfer edib
18:39 18.08.2025
İngiltərə klubu yeni hücumçu transfer edib
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
18:29 18.08.2025
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
18:24 18.08.2025
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
18:14 18.08.2025
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
17:54 18.08.2025
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
17:51 18.08.2025
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
17:49 18.08.2025
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"
17:44 18.08.2025
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"