Üç qadın spikerin qəbul otağında soyundu

DÜNYA
08:58 28.11.2012
2408
Amerika polisi Nümayəndələr Palatasının spikerinin qəğul otağında soyunan üç qadını saxlayıb.AZXEBER.COM-un Associated Press-ə istinadən verdiyi məlumata görə, QİÇS-ə qarşı mübarizə üzrə təşkilatın fəalları olan qadınlar soyunmaqda tibbi və reabilitasiya proqramlarına büdcədən ayrılan vəsaitin azaldılmasına etiraz ediblər.Günün ortasında üç qadın spiker Con Bonerin qəbul otağına gəlib və “Biz sizə çılpaq həqiqəti göstərmək istəyirik” qışqıraraq soyunmağa başlaybılar. Qadınların bədənində “AIDS cuts kill” şüarı yaxılıb. Bunu “QİÇS-lə mübarizə xərclərinin azaldılması ölümə aparır” kimi tərcümə etmək olar.

OXŞAR XƏBƏRLƏR