Üç qurum omikronla bağlı birgə məlumat yaydı - Ayrıca testə ehtiyac var?

Üç qurum omikronla bağlı birgə məlumat yaydı - Ayrıca testə ehtiyac var?
SAĞLAMLIQ
15:54 01.02.2022
473
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə məlumat yayıb.

Məlumatda deyilir:

- Son günlər rəsmi səhiyyə qurumlarına bəzi özəl laboratoriyalarda COVID-19 testi üçün müraciət edən vətəndaşlara iki test götürülməsi təklif olunması barədə məlumatlar daxil olur. Özəl laboratoriya əməkdaşları 1-ci testin vətəndaşın COVID-19 infeksiyasına yoluxub-yoluxmamasını, 2-ci testin isə aşkarlanan virusun SARS-CoV-2 21K "Omicron" variantı olub-olmamasını müəyyənləşdirmək üçün vacib olduğunu bildirirlər. Nəticədə müraciət edən şəxs əlavə test müayinəsinin ödənişini etməli olur.

Qeyd edək ki, koronavirusun mutasiyalarından asılı olmayaraq müalicə metodları eynidir. Təklif edilən ikinci test təyin olunacaq müalicə üçün heç bir diaqnostik və kliniki əhəmiyyət daşımır.

Yeni ştamın simptomları çox vaxt kəskin respirator infeksiya simptomlarına bənzəyir və əsasən yuxarı tənəffüs yollarına təsir edir. Simptomları hiss etdikdə ilk növbədə ərazi üzrə poliklinikaya, ailə həkiminə (sahə həkimi-pediatrı, sahə həkimi-terapevti) müraciət edilməlidir.

Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır.

Bu səbəbdən, səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra ("buster") doza ilə peyvəndləməyə çağırır. Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin "Peyvənd sertifikatı" fevralın 15-dən etibarlı hesab edilməyəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
15:19 26.07.2025
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
Şuşada yanğın zamanı mina partlayışları oldu
15:16 26.07.2025
Şuşada yanğın zamanı mina partlayışları oldu
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
15:05 26.07.2025
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
14:45 26.07.2025
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
14:33 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
14:15 26.07.2025
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
14:14 26.07.2025
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
14:04 26.07.2025
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
13:58 26.07.2025
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
AFFA-nın mətbuat katibi dəyişdi
13:56 26.07.2025
AFFA-nın mətbuat katibi dəyişdi
"Bir də Bodruma getməyəcəyəm"
13:47 26.07.2025
"Bir də Bodruma getməyəcəyəm"
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
13:44 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
13:38 26.07.2025
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
13:33 26.07.2025
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi
13:31 26.07.2025
Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi
PA rəsmisi: Azərbaycan Rusiya və Ukrayna arasında danışıqlar üçün meydança təqdim etməyə hazırdır
13:27 26.07.2025
PA rəsmisi: Azərbaycan Rusiya və Ukrayna arasında danışıqlar üçün meydança təqdim etməyə hazırdır