“Facebook” istifadəçilərin sayına görə ABŞ dünya birincisidir, sonrakı yerdə İngiltərə gəlir. Qonşu ölkə olan Türkiyə bu sosial şəbəkənin istifadəçilərinin sayına görə dünya beşincisidir. Türkiyə əhalisinin 38 faizi “Facebook” istifadəçisidir.
“Facebook” istifadəçilərinin sayına görə, ilk onluqda Fransa, İndoneziya, Hindistan, Kanada kimi ölkələr var.
Dünyada ən az “Facebook” istifadəçisi olan ölkə isə Vatikandır. Xristian ruhani ölkəsi vatikanda yalnız 20 “Facebook” istifadəçisi var, bu da əhalinin 2.41 faizini təşkil edir.
Bununla da xristian keşişlərin “Face”dən xoşu gəlmədiyi məlum olub. Halbuki Vatikanda gündəlik, həftəlik və aylıq 200-dən çox qəzet və jurnal, 154 radiostansiya, 49 televiziya kanalı var. Ənənəvi mətbuata bu qədər açıq olan bir ölkənin, sosial mediaya belə qapalı olması çoxlarını təəccübləndirib./// ANN.Az