Cabir İmanovdan televiziyalara sərt sözlər: "Bizə dedilər ki, sizin konsert efir üçün deyil"

MAQAZİN
18:28 24.01.2018
10711
Əməkdar artist Cabir İmanov televiziyaların onlar üçün önəm daşımadığını deyib. 
 
Aktyor AZXEBER.COM-a açıqlamasında insanların onları sevdiyini və televiziyalara ehtiyacları olmadıqlarını deyib: "Bundan əvvəl təqdim etdiyimiz "Ağanatiq” filmimiz çox uğurlu oldu. Hər bir kinonun uğuru onun kinoteatr satışdan aslıdır. Əgər kino satılmırsa, demək ki, o kino uğur qazanmayıb. Bu gün elə bir cəmiyyətdə yaşayırıq ki, hər kəs status yazır. O statuslar da film haqqında böyük rol oynayır. "Biri yazır ki, Ağanatiq əla filmdir”, biri də "Ağanatiqə baxdım bir qəpiklik film deyil”. Amma bizdə ikinci fikirlər çox az oldu. İctimai rəydən gedir söhbət. Ən böyük reklam insanların aralarında olan söhbətlərdir, TV-lər bunu verməsə də olar.
 
Cabir İmanov son zamanlar sosial şəbəkədə yayılan "Parni iz Baku" videolarından da danışıb: "Videolar ona görə yayılır ki, əvvələr televiziyalarda göstərilirdi. İndi insanlar hardasa o videoya baxmaq istəyirlər. Çıxış yolları da sosial şəbəkədir. Son zamanlar kimlərsə qeyri-qanuni yolla həmin videoların paylaşırlar. Konsertimiz hal-hazırda satışdadır, o paylaşımlar qanuni deyil. Həm də bəziləri ömürboyu bizim köhnə səhnələrimizi paylaşır" 
 
Əməkdar artist qadağada olmalarına da münasibət bildirib: "Bəli, qadağadayıq. Amma onlar bu günə qədər heç bir addım atmayıb. Bir dəfə deyiblər ki, sizin konsert efir üçün deyil. Biz inanırıq ki, nə vaxtsa televiziyalar səhv etdiyini anlayacaqlar".
 
Nazim Qasımzadə,
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir