AZXEBER.COM-un məlumatına görə, tədbirdə səhnəyə ilk olaraq xalq artisti Mübariz Tağıyev çıxıb və “Vətəndən pay olmayır” mahnısını səsləndirib.Konsertdə xalq artistləri Gülyanaq Məmmədova, Heydər Anatollu, əməkdar artistlər İlqar Muradov, Aygün Bəylər, Mətanət İsgəndərli, Azad Şükürov (bədii qiraət),müğənnilər Şəhla Həmidova, Vüsalə Əsgərova, Rövşən Əziz mahnılar səsləndirib.Gecədə xalq artistiRauf Babayevin rəhbərliyi ilə "Qaya" dövlət ansamblı Cabir Novruzun sözlərinə bəstələnmiş mahnıları ifa edib.Müğənniləri səhnədə Tariyel Abbasovun rəhbərliyi ilə "Dan Ulduzu" instrumental ansamblı və Asif Kərimovunrəhbərliyi ilə "Xaqan" instrumental ansamblı müşayiət edib.Konsert Cabir Novruzun öz səsi ilə yazılmış “Sağlığında qiymət verin insanlara” şeiri ilə başa çatıb.