"Cabirin ölümü ilə bağlı danışmaq bir az çətindir" - Ədalət Şükürov

"Cabirin ölümü ilə bağlı danışmaq bir az çətindir" - Ədalət Şükürov
SOSİAL
12:03 30.09.2025
272
"Cabirin ölümü ilə bağlı danışmaq bir az çətindir".
 
Bu sözləri AZXEBER.COM-a açıqlama verən Əməkdar artist Ədalət Şükürov Cabir İmanovun vəfatı ilə bağlı danışarkən deyib.
 
O, bildirib ki, 5 gün öncə birgə bir el şənliyində olublar:
 
"5 gün bundan qabaq Cabirlə bir yerdə el məclisində idik. Mən oxudum o rəqs etdi. Çox qəribədir ki, hər zaman gülməkdən ağlayırdıq. İndi başqa cür oldu.  Cabir gözəl dost, aktyor idi. Allah onun qohumlarına, yaxınlarına səbr versin. 
 
İmanovun səhhətindən danışan Ədalət Şükürov ölümü idmanla əlaqələndirməyin düz olmadığını bildirib:
 
"Cabirin səhhətində hər hansı problemin olmasından xəbərim yox idi. Mən onu görəndə özünü gümrah hiss edirdi. Çoxu idman etdiyi üçün bu hadisənin baş verdiyini deyir. Ancaq bu elə bir xəstəlikdir ki, hər an, hər yerdə baş verə bilər. Burada idmanla bağlı heç bir bağlılıq yoxdur. Yaxşı olar ki, idmana getməzdən əvvəl hər kəs həkimə getsin".
 
Günel Hüseynli
 

OXŞAR XƏBƏRLƏR