Cahangir Əsgərov vəzifəsindən azad edilib?

Cahangir Əsgərov vəzifəsindən azad edilib?
SOSİAL
16:14 24.01.2023
799
AZAL-ın prezidenti Cahangir Əsgərovun vəzifəsindən azad edilməsi ilə bağlı iddialar yayılıb

AZXEBER.COM xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, hazırda AZAL-da yoxlamalar aparılır və təhvil-təslim prosesi gedir.

Məlumatda qeyd olunur ki, hazırda AZAL-a rəhbərlik qurumun birinci vitse-prezidenti Samir Rzayevə tapşırılıb.

Yaxın vaxtlarda Cahangir Əsgərovun vəzifəsindən azad olunması ilə sərəncamın yayılacağı gözlənilir.
 
Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilovaya müraciət etdik. Qurumun sözçüsü bu barədə məlumatının olmadığını bildirdi və rəsmi sorğu göndərməyimizi istədi.
OXŞAR XƏBƏRLƏR