“Cahangir Hacıyevə isti paltar, dərman qəbulu qadağan edilib” - Vəkil

“Cahangir Hacıyevə isti paltar, dərman qəbulu qadağan edilib” - Vəkil
SOSİAL
13:49 05.10.2017
786
Cahangir Hacıyevin "kars"a salınması ilə bağlı Pentensiar Xidmətdən verilən açıqlamaya sabiq bankirin vəkili münasibət bildirib.

AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, vəkil Aqil Layıcov C.Hacıyevin həbsxanada davranış qaydalarını pozması ilə bağlı deyilənlərin həqiqət olmadığını bildirib.

"Müəssisə daxili davranış və intizam qaydalarına əsasən, bir məhkum telefonla danışanda başqa bir məhkumun dəstəyi alıb onun danışdığı adamla danışması intizam məsuliyyətinə səbəb ola bilməz. Penitensiar Xidmətin rəsmisi bu versiyanı elə səsləndirib ki, sanki qayda pozuntusu və qanuna zidd davranış varmış", - deyə vəkil bildirib.

A.Layıcov C.Hacıyevlə görüşə icazə verilmədiyini də qeyd edib:

"Ən azı, belə absurd bəhanədənsə, sualıma cavab versinlər ki, Cahangir Hacıyevin vəkilləri ilə görüşünə niyə imkan verilmir? Vəkillə görüşməyə heç bir halda, məhdudiyyət qoyula bilməz, hətta şəxs cərimə təcridxanasında olsa belə. On gündür ki, hər gün gedib-gəlməyimizə rəğmən müvəkkilimizlə görüşə bilmirik. Onun yaxınları ilə görüşünə də qadağa qoyulub. İsti paltarların, yemək və dava-dərman qəbulu qadağan edilib. Həmçinin digər hüquqları da əlindən alınır.

Penitensiar Xidmətin açıqlamasında bildirilir ki, guya Cahangir Hacıyev dəfələrlə intizam qaydalarını pozub. Bu, nöqtəsinə qədər yalandır. Bu cür bəyanatlar verəndə, niyə düşünmürlər ki, texniki tərrəqinin inkişaf çağında yalan bəyanatlar dərhal ifşa ediləcək".

Vəkil söyləyib ki, qanun pozuntuları ilə əlaqədar dəfələrlə ölkə başçısına, Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə, Ombudsman Aparatına müraicət ediblər: "Amma çox təəssüf ki, reallıq tam başqadır.

Cahangir Hacıyevin cərimə təcridxanasına salınmasına gəlincə, bunun yeganə səbəbi, onun mətbuada gedən qarayaxmalara öz mövqeyini bildirməsidir. Əgər bu, cinayətdirsə, onda Konstitusiyada, daxili qanunlarımızda və qoşulduğumuz beynəlxalq sənədlərdə qeyd olunan ifadə azadlığına dair mütərəqqi normaları leksikonumuzdan çıxaraq. Varsa, bu hüquqlarlardan hər kəs yararlana bilər, o cümlədən cəza çəkən şəxslər. Onun ancaq azadlığı məhdudlaşıb, digər hüquqları, məsələn, informasiya almaq, informasiya vermək kimi hüquqlar ona da aiddir. Bu hüquqlar məhdudlaşdırıla bilməz".

Xatırladaq ki, C.Hacıyev bir neçə gün əvvəl cərimə təcridxanasına köçürülüb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, Cahangir Hacıyev başqa bir məhkumla əlbir olaraq, həmin məhkum telefonla danışdığı anda telefon danışıq otağına daxil olub və həmin məhkum dəstəyi Cahangir Hacıyevə verib: "Bununla da daxili nizam-intizam qaydalarını pozub. 

Qanunvericiliyə əsasən telefon danışığına nəzarət edən əməkdaş telefon danışıqlarının dayandırılması barədə qərar qəbul edib. Bununla əlaqədar məhkum Hacıyev həmin əməkdaşa qarşı kobudluq edib. İntizama dəvət olunmasına baxmayaraq mövcud rejim qaydalarına riayət etməkdən imtina edib. O buna qədər də bir neçə dəfə daxili intizam qaydalarının pozulmasına yol verib. Lakin onunla aparılan profilaktik söhbətlər müsbət nəticə vermədiyinə görə cərimə təcridxanasına keçirilib".

Xatırladaq ki, Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. 2016-cı il oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Devid Bekhem 22 il əvvəl aldığı zədəyə görə əməliyyat olunub
12:16 27.06.2025
Devid Bekhem 22 il əvvəl aldığı zədəyə görə əməliyyat olunub
Sabah 37 dərəcə isti olacaq
12:12 27.06.2025
Sabah 37 dərəcə isti olacaq
Kinostudiyada baş verən partlayışda kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
12:10 27.06.2025
Kinostudiyada baş verən partlayışda kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
Vinisius "Real Madrid"də nə qədər oynamaq istədiyini açıqladı
12:06 27.06.2025
Vinisius "Real Madrid"də nə qədər oynamaq istədiyini açıqladı
II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub
12:05 27.06.2025
II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub
Röya Ayxandan “Səninəm”ə yeni nəfəs  - VİDEO
11:54 27.06.2025
Röya Ayxandan “Səninəm”ə yeni nəfəs - VİDEO
Ermənistanda hakimiyyət çevrilişinə cəhdlə əlaqədar daha bir keşiş saxlanılacaq
11:47 27.06.2025
Ermənistanda hakimiyyət çevrilişinə cəhdlə əlaqədar daha bir keşiş saxlanılacaq
Öykü Gürman “Gassal”da
11:45 27.06.2025
Öykü Gürman “Gassal”da
Çin və ABŞ arasında razılıq əldə olunub
11:39 27.06.2025
Çin və ABŞ arasında razılıq əldə olunub
Sudan Azərbaycandan tələbələr üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib
11:38 27.06.2025
Sudan Azərbaycandan tələbələr üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib
İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
11:36 27.06.2025
İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev: Azərbaycan ilə Aİ arasında yüksək səviyyəli təmaslar yeni səhifənin açılmasına şərait yaradır
11:32 27.06.2025
İlham Əliyev: Azərbaycan ilə Aİ arasında yüksək səviyyəli təmaslar yeni səhifənin açılmasına şərait yaradır
Uşaqlar arasında "beşinci xəstəlik" yayılıb - Nə etməli?
11:31 27.06.2025
Uşaqlar arasında "beşinci xəstəlik" yayılıb - Nə etməli?
DİN və Dövlət Komitəsi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib
11:28 27.06.2025
DİN və Dövlət Komitəsi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib
İlham Əliyev Polşanın yeni səfirinin etimadnaməsini qəbul edib
11:27 27.06.2025
İlham Əliyev Polşanın yeni səfirinin etimadnaməsini qəbul edib
Marsda yaşayış məkanı aşkarlandı
11:23 27.06.2025
Marsda yaşayış məkanı aşkarlandı