Cahangir Hacıyevin məhkəməsi niyə yarımçıq qaldı?

KRİMİNAL
14:15 15.08.2016
2083
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin məhkəməsi başlayıb.
Cahagir Hacıyev məhkəməyə gətirilib. Prosesdə Cahangir Hacıyevin bacısı Əminə Haciyeva və yaxın qohumları iştirak edib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəsxlərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra prosesin təxirə salındığı elan olunub.
Buna səbəb təqsirləndirilən İbrahim Hüseynovun vəkili məhkəməyə gəlməməməsi olub.
Proses avqustun 17-nə təxirə salınıb. (lent.az)

OXŞAR XƏBƏRLƏR