Cahid Şahbazovun əməliyyatı tədris metodu oldu - VİDEO

Cahid Şahbazovun əməliyyatı tədris metodu oldu - VİDEO
SOSİAL
11:05 14.10.2022
283
Tanınmış həkim, oftalmoloq doktor Cahid Şahbazov Azərbaycan, Rusiya və bütün Qafqazda bir ilki gerçəkləşdirib.

O, gözdaxili təzyiqin qeyri-invaziv tənzimlənməsinə imkan verən "EyeWatch” qlaukoma (Qara su xəstəliyi – red.) implantı əməliyyatını icra edib.

C.Şahbazov əməliyyatla bağlı fikirlərini belə dilə gətirib:

"Bu, çox yenidir, əvvəllər çarəsi olmayan və əməliyyatlarında fəsad yaşadığımız qara su xəstələri üçün bir qapıdır. Dünyada bununla bağlı maksimum 30 əməliyyat gerçəkləşdirilib.

Türkiyədə 4 əməliyyat icra olunub. Bizim ölkədə isə bu əməliyyat icra olunmamışdı. İcra olunub deyən varsa, şərh bölümündə yaza bilər.

Əməliyyatın üstünlüyü qara su xəstələrində yaşanılan fəsadların qarşısının alınmasıdır.

Kosmik texnologiya kimi bir şeydir. Gözün içərisinə bir alət qoyuruq və onun təzyiqini istədiyimiz zaman artırıb-azaldırıq. Sanki krandan suyu açıb-bağlayırsan. Bunu 10 il öncə danışsaq, deyərdilər ki, elə bir şey yoxdur. Halbuki hazırda əməliyyatı real icra edirik və bunun qürurunu yaşayırıq.

Baş ofis əməliyyat videomuzu tədris metodu olaraq istifadə edəcək. Onlar bizdən görüntüləri tələb etdilər. Dünyanın dörd bir yanından həkimlər bu icra etdiyimiz əməliyyatın görüntülərinə baxıb öyrənəcəklər. Çox qürurluyam. Artıq şöhrətə, maddi rifaha qovuşmuş bir həkim olaraq məni heç nə təəccübləndirə bilməz deyə düşünürdüm. Bu əməliyyat məni həyəcanlandırdı və içimdəki peşə sevgimi artırdı, stimul verdi. Artıq səhərlər işə daha gülərüz gəlirəm.

Yeni şeylər edirik, bütün bunlar isə gələcəyə dair ümidlərimi artırır. Bu gün üçün çarəsi olmayan bir çox xəstəliyə demək ki, sabah, bir il sonra çarə tapacağıq. Belə əməliyyatlar 2 il öncə fantastika idi.

Hələ yenilik bununla da yekunlaşmır, komandam və mən bir çox Azərbaycanda edilməmiş əməliyyatları həyata keçirməyə, insanların dərdinə çarə olmağa çalışacağıq”.

Qeyd edək ki, "EyeWatch” implantını əsas idarə edən "Eyewatch” qələmidir. Qələmin bir tərəfində "Eyewatch”ın mövqeyini ölçən kompas, digər tərəfində isə klapanın açılmasını tənzimləyən maqnit var.

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir