Cahid Şahbazovun iş modeli xarici klinikalar üçün örnək oldu

Cahid Şahbazovun iş modeli xarici klinikalar üçün örnək oldu
SOSİAL
11:54 21.12.2023
204

Dekabr 16-da Tbilisidə Qara Dəniz Oftalmologiya Cəmiyyətinin (BSOS) 21-ci konfransı təşkil olunub.

AZXEBER.COM xəbər verir ki, tədbirdə ölkəmizi tanınmış oftalmoloq Cahid Şahbazov təmsil edib.

O, konfransla bağlı bunları söyləyib:

"Müasir oftalmoloji klinikanın təşkili, pasiyentlərin əməliyyat öncəsi və sonrası məlumatlandırılması, həmçinin, oftalmologiya sahəsindəki ən son cərrahi yeniliklər və yeni texnologiyaların tətbiqi barəsində çıxışım oldu. Qurduğumuz mərkəz, pasiyentlərə verilən yüksək xidmət, məlumatlandırıcı videolar və broşurlarımız xarici həmkarlarımızın diqqətini çəkdi. Çıxışımın əsas məğzi müasir oftalmoloji klinikanın təşkil olunması, xəstələrin müasir üsullarla müalicəsi və nizamlanması barədə oldu”.

Şahbazov konqres zamanı səmərəliliyi və xəstələrə qulluq keyfiyyətini artırmaq üçün üsullar, həmçinin, ambulator oftalmoloji klinikalarda xəstə axınını optimallaşdırmaq, qabaqcıl texnologiyanı, təcrübəli cərrahların təcrübəsini, sosial mediadan strateji istifadəni, peşəkar heyətin geyimini (uniforma) və xidmət keyfiyyətini yaxşılaşdırmaq üçün çoxşaxəli yanaşmalar təklif edib.

Orada müalicə edilən xəstəliklər, müayinələrdən danışılıb. Həmçinin, xəstələr üçün individual şəkildə hazırlanmış videolar, onların müayinə və əməliyyatdan öncə və sonra məlumatlandırmaq, cərrahi uğurların artırılma yolları haqda informasiya verilib.

Konqres çox böyük maraq doğurub. Cahid Şahbazov çıxışından sonra Misirin Qahirə şəhərində, həmçinin Amerikanın Boston ştatında baş tutacaq iki toplantıya dəvət alıb.

Konfrans zamanı onun qurduğu klinikanın işləmə modeli bir çox xarici klinika üçün örnək olub. Oradakı həkimlər bu modellə daha yaxından tanış olmaq istəyiblər.

Oftalmoloq Gürcüstanın məşhur televiziya kanallarına və media resurslarına müsahibə də verib.

Qeyd edək ki, BSOS 2002-ci ildə Qara dəniz regionu oftalmoloqlarının təşkilatı olaraq üzvlər arasında ünsiyyət və bilik mübadiləsini artırmaq missiyası ilə yaradılıb. Üzv ölkələr: Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukraynadır. Azərbaycan və Yunanıstan assosiativ üzvlərdir. BSOS 2013-cü ildən ICO-nun (Beynəlxalq Oftalmologiya Şurası) üzvüdür.

Hər il üzv ölkələrdən biri konqres təşkil edir. Konqreslər beynəlxalq iştirakçılıqla keçirilib və cəmiyyətin missiyasının təbliğində çox uğurlu olduğunu sübut edib.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?
Arzum ev dustaqlığına buraxıldı
12:40 22.07.2026
Arzum ev dustaqlığına buraxıldı
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
12:36 22.07.2026
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
12:23 22.07.2026
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
Azercell media nümayəndələrini təbrik edir
12:17 22.07.2026
Azercell media nümayəndələrini təbrik edir
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
12:13 22.07.2026
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
12:05 22.07.2026
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
11:59 22.07.2026
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
11:57 22.07.2026
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
11:54 22.07.2026
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
11:50 22.07.2026
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
11:33 22.07.2026
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
Arzumun cəzasının ağırlaşdırılması istənildi
11:21 22.07.2026
Arzumun cəzasının ağırlaşdırılması istənildi