Cahit Bağçıdan bayram təbriki: “Dost gəlişi bayram olar” - FOTO

Cahit Bağçıdan bayram təbriki: “Dost gəlişi bayram olar” - FOTO
SİYASƏT
11:10 08.11.2021
441
Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Azərbaycanı 8 Noyabr Zəfər Günü münasibətilə təbrik edib.

"Dost gəlişi bayram olar. Yığılsın ozanlar, çalsın sazlar. Bu gün Zəfər Günüdür. Tək ürək, tək bilək olaraq birlikdə yeni Qızıl Alma səfərlərinə”, - deyə diplomatın "Twitter” hesabında dərc etdiyi paylaşımda qeyd olunub.

Tvitə Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın fotosu, həmçinin Şuşa şəhərinin giriş lövhəsinin şəkli əlavə olunub.
 


OXŞAR XƏBƏRLƏR