Türkiyənin Samsun şəhərində 22 yaşıl bir gənc sevgilisindən ayrıldığına görə intihar etmək istəyib.
Türkiyənin Samsun şəhərində 22 yaşıl bir gənc sevgilisindən ayrıldığına görə intihar etmək istəyib. Bugun.az xəbər verir ki, Abdullah adlı gənc 9 mərtəbəli binanın 3-cü mərtəbəsinin balkonuna çıxaraq "O buraya gələcək" tələbi ilə özünü oradan atmaq istəyib. Hadisə yerinə gələn polis Abdullah adlı gənci dilə tutaraq qərarını dəyişdirməyə çalışıb. Amma bu zaman maraqlı bir hadisə daha baş verib. Ətrafa toplaşan insanlar polisin əksinə olaraq gəncin özünü 3-cü mərtəbədən atması üçün "Atla" deyə ritim tutub. Bu səs-küydən sonra gənc açılmış xilas etmə çadırına atlayıb.
Gənc xəfif yaralanıb. O, hadisə yerində gözləyən ambulans vasitəsi ilə xəstəxanaya yerləşidirilib.//bugun.az