Azad Cammu və Kəşmir administrasiyası Hindistan sərhədinə yaxın yaşayan insanları "ərzaq ehtiyatı saxlamağa” çağırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Cammu və Kəşmirin baş naziri Çaudri Ənvarul Haq məclisdəki çıxışında bölgə əhalisinə müraciəti zamanı deyib.
Hak çıxışında sərhəd xətti boyunca yerləşən 13 rayona 2 aylıq ərzaq ehtiyatı verilməsi üçün göstərişlər verib və ərzaq, dərman və bütün digər əsas ehtiyacları təmin etmək məqsədi ilə 1 milyard rupi (3,5 milyon dollar) dəyərində təcili yardım fondu yaradıb.
Cəmalə