“Campbell Biologiya” kitabının BDU-da və ADPU-da təqdimatı keçirildi - FOTOLAR

İQTİSADİYYAT
11:10 12.05.2023
286

Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən, Qırmızı Ürəklər (Red Hearts) Fondu bu dəfə təhsil sahəsinə töhfə verərək sosial aksiya həyata keçirdi.

 

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Bakı Dövlət Universitetində (BDU) və Azərbaycan Dövlət Pedoqoji Universitetində (ADPU) "Campbell Biologiya” kitabının təqdimat tədbiri baş tutdu.

 

Tədbir zamanı universitetlərin elmi kitabxanasına biologiya elmi öyrənənlər üçün nəzərdə tutulan, dünyaca məşhur "Campbell Biologiya” kitabı təqdim edildi. Qırmızı Ürəklər Fondunun tərəfdaşı olan "Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzi”nin və "Yurt Center”in dəstəyi ilə tərcümə edilən və fond tərəfindən nəşr olunan "Campbell Biologiya” kitabını universitetin müəllim və tələbələri istifadə edə biləcəklər.

 

Tədbirdə Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyeva, "Habitat Tərcümə Layihəsi”nin həmtəsisçisi Araz Zeyniyev, BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor Fərda İmanov, BDU-nun Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova,  ADPU-nun Tədris departamentinin direktoru Sənan Əliyev, ADPU-nun Kimya və biologiya fakültəsində dekanı Reyhan Ağayeva və digərləri çıxış etdilər.

 

"Fondun bu təşəbbüsü dünyanın qabaqcıl universitetlərində tədris olunan bu kitabı Azərbaycan elminə qazandırmaqdır. Məqsəd bu kitablar vasitəsilə təhsil keyfiyyətinin yuxarı qalxmasını dəstək göstərməkdir. Layihə çərçivəsində kitabın Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllim və tələbələri, həmçinin ölkənin elm ictimaiyyətinin nümayəndələri arasında pulsuz paylanması nəzərdə tutulub. "Campbell Biologiya” indiyə qədər alman, fransız, italyan, türk, fars kimi dillər də daxil olmaqla dünyanın 19 dilinə tərcümə olunub. Çox qürurverici haldır ki, bizim tələbələrimiz, elm ictimaiyyəti biologiya sahəsində olan biliklərə ana dilimizdə yiyələnə biləcək, bu onlar üçün daha əlçatan olacaq. Əminəm ki, kitab ölkəmizdə biologiya elminə maraq göstərən hər kəsə fayda gətirəcək, bioloqların stolüstü kitabına çevriləcək”, - deyə, "Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva bildirdi.

 

Qeyd edək ki, "Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu