Can, ay Cen, yaxud, kürən diplomat Psaki

Can, ay Cen, yaxud, kürən diplomat Psaki
KÖŞƏ
16:38 29.10.2014
1918

Vüsal Məmmədov

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki ənənəvi brifinqində bəyan edib ki, onların Kəlbəcər girovlarının məhkəməsindən xəbərləri yoxdur.

Əlbəttə, soruşmaq istərdik ki, bu, necə olur - ermənilərə işləyən əhəmiyyətsiz bir fiqurun həbsindən ABŞ-da nəinki xəbər tutur, hətta münasibət də bildirirlər, amma Kəlbəcər girovlarının haqqında heç bir xəbərləri yoxdur?Amma kimdən soruşasan? Cen Psakidən? O Cen Psakidən ki, axmaqlığı və qərəzliyi bütün dünyada artıq siyasi lətifəyə çevirilib?!“Amerika diplomatı” deyəndə ilk baxışdan adamın ağlına nəsə savadlı və ciddi bir şəxs gəlir. Cen Psaki fəlsəfə doktoru elmi dərəcəsinə baxmayaraq, bunun tam əksidir. Hətta onun adını google-də yazanda belə, axtarış sistemi “jen psaki stupid” (kütbeyin) variantını təklif edir. Və bu, heç də təsadüfi deyil.36 yaşlı Cennifer Psaki Amerikanın özündə belə, lağlağı mövzusudur. Ənənəvi brifinqlərə gələn jurnalistlərin çoxu onunla məzələnməkdən ləzzət alırlar.Qınamalı deyil: Həştərxanın harada olduğunu bilməyən adam belə yüksək vəzifə tutursa, necə məzələnməyəsən axı?“Ukrayna sərhədləri yaxınlığında yerləşən Həştərxanda keçirilən hərbi təlimlər bizi narahat edir”sözlərindən sonra Rusiyanın boksçu-deputatı Nikolay Valuyevin ona xəritə bağışlaması, yəqin, yadınızdan çıxmayıb...Ukraynadakı seçkidən danışanda Psaki orada “məntəqələrdə karusel tətbiq olunub” deyərkən, “Assoşieyted Press”in müxbiri Mett Li ilə aralarında belə bir dialoq olmuşdu. Li onunla konkret məzələnirdi.Mett Li:- Savadsızlığıma görə bağılayın, xanım Psaki, “seçki karuseli” nədir?Cen Psaki:- Boynuma almalıyam ki, bilmirəm. Mən, sadəcə əlimə verilən mətni oxuyuram. Həmkarlarımdan soruşub deyərəm.Mett Li:- Bayaq dediniz ki, seçkidə uşaqlar da səs veriblər. Bu karusel məntəqəyə gələn uşaqların minməsi üçün qurulmuşdu?Cen Psaki:- Məncə yox Mett... Onların nəsə başqa təyinatı olub...Bu kürən qız, pardon, qadın(Cennifer keçən il ərə gedib, əri ilə necə tanış olmasının özü də bir ayrıca hekayədir)hər dəfə brifinq üçün tribunaya çıxanda təxminən belə hallar yaşanır.“Əgər Belorusiya Ukraynaya qoşun göndərsə, ABŞ-ın 6-cı donanması Belorus sahillərinə yaxınlaşacaq ”– bu da Psakinin müdrik kəlamlarından daha biridir.Adam bilmir ki, Belorusun dənizə çıxışı yoxdur!Bu “yüksək intellektli” kürən xanımın belə sarsaq fikirlərini toplasaq, böyük bir kitab yazmaq olar. Yəqin, çoxlarına maraqlıdır ki, necə olub, belə bir “civi” ABŞ diplomatiyasının simasına çevrilib?! Bəzi versiyalara görə, keçmiş dövlət katibi Con Kerri ilə yaxınlığına görə. Necə bir yaxınlıq?! Sormayın...
Psakinin bir müddət əvvəl taykeş çəkmə ilə brifinqə çıxması isə bir ayrı aləm idi...İndi biz durub ondan Kəlbəcər qaçqınları haqqında nə soruşaq? Mən əminəm ki, Psaki nəinki Kəlbəcər, ümumiyyətlə, Qarabağ konflikti haqqında heç nə eşitməyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda külək güclənəcək, rayonlara dolu düşəcək - Sabahın havası
13:21 01.06.2025
Bakıda külək güclənəcək, rayonlara dolu düşəcək - Sabahın havası
Uşaqların gülümsədiyi bir gün: “İçimizdəki Möcüzələr” xeyriyyə tədbiri keçirildi
12:54 01.06.2025
Uşaqların gülümsədiyi bir gün: “İçimizdəki Möcüzələr” xeyriyyə tədbiri keçirildi
Bakıda stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vuruldu
12:42 01.06.2025
Bakıda stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vuruldu
Sabahın hava proqnozu AÇIQLANDI
12:18 01.06.2025
Sabahın hava proqnozu AÇIQLANDI
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilir
12:04 01.06.2025
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilir
4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınlar övladları ilə görüşüblər
11:41 01.06.2025
4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınlar övladları ilə görüşüblər
DİM müxtəlif nəşrləri şəhid övladlarına hədiyyə edib
11:21 01.06.2025
DİM müxtəlif nəşrləri şəhid övladlarına hədiyyə edib
Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Karakasda həbs edildi
10:46 01.06.2025
Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Karakasda həbs edildi
Naxçıvanda məhkum valideynlər uşaqları ilə görüşdü
10:31 01.06.2025
Naxçıvanda məhkum valideynlər uşaqları ilə görüşdü
Ucarın elektrik yarımstansiyasında yanğın olub, bir sıra kəndlər işıqsız qalıb
10:09 01.06.2025
Ucarın elektrik yarımstansiyasında yanğın olub, bir sıra kəndlər işıqsız qalıb
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi
10:02 01.06.2025
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır