"Can-cana"ya görə Röya, Rəhim Rəhimli və Zamiqin pulunu kəsdilər

"Can-cana"ya görə Röya, Rəhim Rəhimli və Zamiqin pulunu kəsdilər
ŞOU-BİZNES
14:29 01.12.2011
1784
Məşhur "Can-cana" mahnısı üzündən populyar müğənnilər Röya, Rəhim Rəhimli və Zamiqin qonorarını kəsiblər. ANS PRESS-in məlumatına görə, əhvalat müğənnilərimizin Ukraynadakı qastrol səfərində baş verib. Belə ki, konsertlərin birində orada yaşayan azərbaycanlı iş adamları sənətçilərimizdən "Can-cana" mahnısını ifa etmələrini istəyiblər. Nə Röya, nə Rəhim, nə də ki Zamiq bu sifarişi yerinə yetirməyiblər. Yəni sözügedən mahnını oxumaqdan imtina ediblər. Nəticədə hər üç müğənninin qonorarından kəsilib. Qeyd edək ki, müğənnilər Röya, Rəhim Rəhimli və Zamiq noyabr ayının son günlərində Ukraynanın Kiyev və Sank-Peterburq şəhərlərində konsert proqramı ilə çıxış ediblər. Müğənnilərimizin qostrol səfəri "Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatı" ictimai təşkilatının təşkilatçılığı ilə reallaşıb.
OXŞAR XƏBƏRLƏR