"Canımla əlləşirəm" - Fuad Poladov

MƏDƏNİYYƏT
12:11 25.12.2017
2088
Xalq artistii Fuad Poladov müalicəsini ev şəraitində davam etdirir.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"a açıqlamasında F.Poladov özü bildirib.

"Konkret bir irəliləyiş yoxdur. Xəstəxanada qalmağı düşünmürəm. Mən indi qəbul etdiyim dərmanları xaricdən gətizdirirəm. Xəstəxanada qalsam gərək müalicə olunam, oradakı həblər isə mənim xaricdən gətizdirdiyim dərmanlarla eyni deyil. Hazırda heç bir iş ilə məşğul olmuram, amma bu, dincəlirəm demək deyil. Canımla əlləşirəm", - deyə, xalq artisti əlavə edib

Qeyd edək ki, 69 yaşlı aktyorun ağciyərində xərçəng aşkarlanıb. Fuad Poladov bu il iyulun 12-də Milli Onkologiya Mərkəzində qeydiyyata alınıb. 

OXŞAR XƏBƏRLƏR