Canlı efirdə ağlayan Ayan Babakişiyeva: "Yaran qabıq qoyur" - VİDEO

Canlı efirdə ağlayan Ayan Babakişiyeva: "Yaran qabıq qoyur" - VİDEO
MAQAZİN
12:21 19.01.2023
588

Müğənni Ayan Babakişiyeva canlı yayımda ağlayıb.

AZXEBER.COM xəbər verir ki, ATV televiziyasında yayımlanan "Günün sədası” verilişinin qonağı olan müğənni Ayan Babakişiyeva onun canını yandıran insanlardan söz açaraq kövrəlib.

Müğənni bildirib ki, insanın canını yadın yandırması o qədər incitməz, amma ən doğması yandırsa, bu, ona çox pis təsir edər:

"Həyatımda elə bir dönəm oldu ki, elə bir şey gördüm ki, dedim bu həyatda məni heç kim təəccübləndirə bilməz. Yad səni niyə incitsin ki? Yadın səni incitməsi canını acıtmaz. Dəyər verdiyin, canını uğruna fəda etdiyin biri sənin canını yandıranda düşünürsən ki, əgər o mənim canımı yandırırsa, mən də onun qarşılığında göstərməliyəm ki, travma almadım, yaşayıram, ayaqdayam, amma bilirsiniz necədir? Yaran qabıq qoyur. Bir az toxunanda o yenidən qanayır”.

Aparıcının "Bəs sizin canınızı yandıran insanlarla sonradan üz-üzə gəldiyiniz olub?” sualına müğənni belə cavab verib:

"Mənim sahəm elə bir sahədir ki, istəsəm də, istəməsəm də mən mənə pis təsir edən adamları görəcəyəm, eyni zamanda onlar da məni görəcəklər. Qisas hissi məndə heç bir zaman olmayıb. Mənim qısasım yaşamağımdır, ayaqda durmağımdır. Çox çətin sınaqlardan keçdim. Məqsədim övladımı xoşbəxt böyütməkdir. Heç bir tərəfə onu nifrət hissi ilə böyütmədim. Övladlar "bizi dünyaya gətirin”, -deyə bizdən xahiş etməyiblər. Sən övlad dünyaya gətirirsənsə, Vətənə psixologiyası yerində olan birini böyütməlisən. Ona görə də mənim övladım bu gün çox xoşbəxtdir”.

Həmin görüntüləri təqdim edirik:

Ayşən

OXŞAR XƏBƏRLƏR