Canlı efirdə Azərbaycanın rəmzini təhqir edən bacıları hansı cəza gözləyir?

MAQAZİN
16:20 23.01.2015
10536
Xəbər verdiyimiz kimi, bu gün Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verlişində bu gün Azərbaycanın dövlət rəmzini təhqir edən hərkətə yol verilib.

Sevil-Sevinc bacıları tərəfindən müstəqilliyimizin rəmzinə qarşı təhqir ictimaiyyət arasında da birmənalı qarşılanmayıb. Belə ki, millət vəkilləri, hüquqşünaslar, aktiv gənclər. QHT nümayəndələri bu hərəkətlərinə görə bacıları tənqid ediblər.

AZXEBER.COM manatın bilərəkdən cırılması ilə bağlı qanun layihəsini təqdim edir: "Milli valyuta müstəqil dövlətin əsas rəmzlərindən biri hesab edilir. Bundan başqa, milli valyutanın bilərəkdən zədələnməsi yaxud cırılması qanun qarşısında məsuliyyət nəzərdə tutur. Belə ki, Azərbaycan manatı, yəni, milli valyuta Azərbaycan Mərkəzi Bankına - dövlətə məxsusdur və manatın cırılması dövlətin əmlakına zərər vurulması hesab oluna bilər".

Sevil və Sevinc bacılarının hansı cəzayla üzləşəcəyi isə hələ ki. məlum deyil.

OXŞAR XƏBƏRLƏR