Canlı efirdə deputatlar arasında mübahisə: “Qaçma söhbətdən, dediyini sübut et!” - VİDEO

Canlı efirdə deputatlar arasında mübahisə: “Qaçma söhbətdən, dediyini sübut et!” - VİDEO
SOSİAL
22:34 10.07.2026
358
"Aktual gündəm” verilişində Milli Məclisin deputatları Elman Məmmədov və Hikmət Babaoğlu arasında Türkiyənin KAAN döyüş təyyarəsi ilə ABŞ istehsalı olan F-35 qırıcısının müqayisəsi ilə bağlı gərgin müzakirə yaşanıb.

AZXEBER.COM xəbər verir ki, müzakirə zamanı Elman Məmmədov bildirib ki, qalıcılıq potensialı baxımından KAAN gələcəkdə F-35-dən üstün ola bilər. O, həmçinin F-35-in vurulmasının demək olar ki, mümkünsüz olduğunu deyib.

Buna etiraz edən Hikmət Babaoğlu isə Elman Məmmədovun F-35 ilə KAAN arasında apardığı müqayisənin əsaslandırılmasını tələb edib. O bildirib ki, F-35-in KAAN-dan üstün olduğunu, texniki imkanlarını və radara yaxalanmamaq xüsusiyyətlərini faktlarla sübut etmək lazımdır.

"Yalan danışmaq olmaz. Qaçırsınız söhbətdən, dediyinizi sübut etməlisiniz”, – deyə Hikmət Babaoğlu vurğulayıb.

OXŞAR XƏBƏRLƏR