ATV-də yayımlanan “Səs verməyin” verilişinin hədəfi bu dəfə meyxanaçı Ehtiram olub.Əməkdar artist Dilarə Əliyevanın aparıcılıq etdiyi proqramda tamaşaçılardan SMS göndərilməmələri istənilsə də, ifaçıya 1099 səs gəlib.
Stula otuzdurulub, əlləri bağlanılan Ehtiramın başına rəngli su və un tökülüb.
Qeyd edək ki, verilişin qaydasına uyğun olaraq, əgər müğənniyə mindən çox səs göndərilərsə, başına rəngli su və un tökülür.