Aparıcı Lalə Azərtaş açıqlaması ilə diqqət çəkib.
AZXEBER.COM xəbər verir ki, o, aparıcısı olduğu "Təsir dairəsi" verilişində Təranə Səmədovanın həbs olunduğunu deyib:
"Efirə gələrkən vəkil Ramil Rüstəmov zəng vurub mənə Təranə Səmədovanın polis tərəfindən saxlanıldığını bildirib. Əvvəlcə onunla əlaqə saxlaya bilməsəm də, bir müddət sonra danışdım və Təranə özü də məlumatı təsdiqlədi".
Lalə Azərtaş bildirib ki, prodüser 400 manat cərimə ödədikdən sonra sərbəst buraxılıb.
Səmədovanın polisə müqavimət göstərdiyi üçün saxlanıldığını bildirilib.