"Canlı skelet"ə bənzəyən qadın

MARAQLI
12:22 02.09.2011
4495

Bu gün dünyada artıq çəkidən insanların sayı gün gündən artır. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, qeyri-sağlam, ayaqüstü, çox kalorili yeməklərlə qidalanma kökəlmənin əsas səbəblərindən biridir. Ancaq Kerol Frenç adlı ingilis qadın çəkisini artırmaq üçün əlindən gələni edir. Belə ki, anadangəlmə fibrozit xəstəliyindən əziyyət çəkən qadının orqanizmində yağ toplanmır. 1,63 metr boyu olan 50 yaşlı qadın gün ərzində bir neçə qram da olsa kökəlmək üçün iki mindən artıq kalorisi olan qidalar qəbul edir. Bütün səylərinə baxmayaraq cəmi 38 kq olan Frenç uşaq paltarları geyinir. Həkimlər isə onun müəlicəsinin mümkün olmadığını deyirlər. Belə ciddi xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq "canlı skelet" əbənzəyən qadın iki uşaq dünyaya gətirə bilib.

OXŞAR XƏBƏRLƏR