Canlı yayımda söyüş söyən daha bir tiktoker CƏZALANDIRILDI

Canlı yayımda söyüş söyən daha bir tiktoker CƏZALANDIRILDI
SOSİAL
15:35 10.03.2026
297
"TikTok"da canlı yayımda söyüş söyən Sabirabad sakini saxlanılıb.
 
AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, Sabirabad rayon sakini - 34 yaşlı Əzəmət Bilalov (ad və soyad şərtidir - red.) internet informasiya ehtiyatında cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə yol verib.

Buna görə də o saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Ə.Bilalov bildirib ki, sosial şəbəkədə canlıya qoşulub və söhbət zamanı keçirdiyi gərginliyə görə nalayiq ifadələr işlədib. O, əməlindən peşman olduğunu deyib.

Məhkəmənin qərarı ilə Ə.Bilalov 500 manat məbləğində cərimələnib.
OXŞAR XƏBƏRLƏR