Canni De Byazi: "Bəxtimiz gətirmədi"

Canni De Byazi: "Bəxtimiz gətirmədi"
İDMAN
18:31 29.03.2022
443
"Oyuna çox yaxşı başladıq. Qol imkanımız oldu. Təbii ki, bəxtimiz gətirmədi. Matçdan sonra futbolçulara da dedim ki, məğlubiyyətdən razı qala bilmərik. Bu gün meydanda əsl komanda gördük".

Bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Maltadakı təlim-məşq toplanışında Latviyaya 0:1 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis rəqibin qol vurduğu epizoddan öncə cərimə zərbəsi olduğunu bildirib: "Hakim bizim lehimizə qərar verməli olsa da, əksini etdi. Nəticədə künc zərbəsi oldu ki, bu da qolla nəticələndi".

66 yaşlı baş məşqçinin sözlərinə görə, bu gün oynayan futbolçuların çoxu gələcəkdə əsas heyətdə yer alacaqlar: "Riçard Almeydanı alqışlamaq istəyirəm. Heyətdəki ən təcrübəli futbolçulardan biridir. Bu yaşda 35-40 dəqiqə dinamik oynadı. Meydanda yaxşı təsir bağışladı, keyfiyyətini göstərdi. Ona görə Almeydanı qeyd etdim. Həmçinin Renat Dadaşov, Dmitri Nazarov və Səlahət Ağayev də inamlı təsir bağışladı. Bu futbolçulardan razı qaldım. Əlbəttə, nəticə ürəyimizcə olmadı. Bununla belə, görüşdə pozitiv məqamlar gördüm".

De Byazi "Qarabağ"ın hücumameylli yarımmüdafiəçisi Rüstəm Əhmədzadəni texniki səbəbdən iştirak ərizəsinə salmadığını vurğulayıb.

Qeyd edək ki, Azərbaycan yığması martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya da eyni hesabla məğlub olub.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR