Cansever əməliyyat olundu

Cansever əməliyyat olundu
MAQAZİN
11:26 28.03.2026
195
Leykemiya diaqnozu ilə müalicə alan türkiyəli məşhur müğənni Canseverin sümük iliyi nəqli əməliyyatı başa çatıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, meneceri Erhan Arı onun hazırkı sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.

Erhan Arı pərəstişkarlarının narahatlıqlarını dilə gətirərək bildirib:
 
"Aylardır davam edən Canseverin leykemiya müalicəsi 26 mart Cümə axşamı günü sümük iliyi nəqli əməliyyatı ilə uğurla başa çatıb. Onun müalicəsi daha bir müddət xəstəxanada davam edəcək. Bu müddətdə göstərdikləri dəstəyə görə bütün pərəstişkarlarımıza təşəkkür edirik. Xahiş edirik, onu dualarınızda saxlayın."
 
Aysel
OXŞAR XƏBƏRLƏR