CAR-da daşqınlar nəticəsində ölənlərin sayı 86-ya çatıb

CAR-da daşqınlar nəticəsində ölənlərin sayı 86-ya çatıb
DÜNYA
18:57 14.06.2025
537
Cənubi Afrika Respublikasında (CAR) daşqınlar nəticəsində ölənlərin sayı 86-ya çatıb.

Bu barədə polis naziri Senzo Mçunu "TimesLIVE" internet qəzetinə bildirib.

O, təbii fəlakət nəticəsində infrastruktura külli miqdarda ziyan dəydiyini qeyd edib.

Təbii fəlakətdən zərər çəkmiş bölgələrə CAR Prezidenti Siril Ramafosa tərəfindən baş çəkdiyi vurğulanır. O, dövlətin zərərçəkənlərə təcili yardım göstərəcəyini açıqlayıb.

Daha əvvəl əlverişsiz hava şəraiti nəticəsində 57 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, iyunun 11-də Cənubi Afrikada qar fırtınası daşqınlara səbəb olub.
 
/Report
OXŞAR XƏBƏRLƏR