Cənubi Afrika Respublikasının (CAR) Kvazul-Natal əyalətində daşıqınlar nəticəsində ölənlərin sayı 253 nəfərə çatıb.
Bunu əyalətin səhiyyə xidmətinin başçısı Nomaququ Simelane bildirib.
Son sutkada əyalətin Durban şəhərinə orta hesabla 300 mm yağıntı düşüb.
CAR-ın Meteorologiya xidməti yeni leysanlarla bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, aprelin 12-də təbii fəlakət nəticəsində 20 nəfərin öldüyü barədə xəbər yayılmışdı.
///Report