CAR-da təbii fəlakət nəticəsində ölənlərin sayı 253-ə yüksəlib

CAR-da təbii fəlakət nəticəsində ölənlərin sayı 253-ə yüksəlib
DÜNYA
19:26 13.04.2022
349
Cənubi Afrika Respublikasının (CAR) Kvazul-Natal əyalətində daşıqınlar nəticəsində ölənlərin sayı 253 nəfərə çatıb.

Bunu əyalətin səhiyyə xidmətinin başçısı Nomaququ Simelane bildirib.

Son sutkada əyalətin Durban şəhərinə orta hesabla 300 mm yağıntı düşüb.

CAR-ın Meteorologiya xidməti yeni leysanlarla bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, aprelin 12-də təbii fəlakət nəticəsində 20 nəfərin öldüyü barədə xəbər yayılmışdı.
 
///Report
OXŞAR XƏBƏRLƏR